Qubada qonşular arasında dava düşdü, xəsarət alan var

KRİMİNAL 19 iyun 2025, 18:59
Qubada həmkəndlilər arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 19 fevral 2025-ci ildə, saat 19 radələrində Quba rayonu, Səbətlər kəndində baş verib. 

Kənd sakini, 1981-ci il təvəllüdlü Vüqar aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onunla qonşuluqda yaşayan Əhmədə (adlar şərtidir – red.) sifət və bədəninin müxtəlif nahiyəsindən yumruqla vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 19-da, təxminən saat 19 radələrində küçəyə çıxdıqda Sahilin avtomobilinin yolun hərəkət hissəsində olduğunu görüb, əsəbləşərək təhqiramiz ifadələr işlədib: “Bu vaxt Sahil və həmin vaxt onun qonağım olan Məxfur qapıdan bayıra çıxdım. Aramızda mübahisə yarandı. Mübahisə zamanı ilk əvvəl Məxfuru kəllə ilə, sonra isə Sahili yumruqla vuraraq yerə yıxdım. Mübahisəmiz təxminən 5-7 dəqiqə davam etdi. Bu vaxt ətrafda kənar şəxslər olmayıb”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqarın Cinayət Məcəlləsinin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top