Yevlaxda 1 nəfər kanalda batıb

HADİSƏ 19 iyun 2025, 21:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top