Sertifikatlaşdırılma imtahanında ikinci gün başa çatdı

GÜNDƏM 19 iyun 2025, 21:55

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, iyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb. 

Bildirilir ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək. 

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top