Mağazaların oğurluq edən müştəriləri sosial şəbəkədə paylaşması qanunidir?

GÜNDƏM 19 iyun 2025, 18:19
Zaman-zaman sosial şəbəkələrdə, xüsusən “Instagram”da mağazalardan oğurluq edənlərin təhlükəsizlik kameralarına düşən görüntüləri paylaşılır. Əsasən xırdavat, hədiyyə, geyim mağazası səhifələri mağazadan oğurluq edən müştərilərin şəkillərini paylaşaraq, malları geri gətirmələrini tələb edirlər. Bəs bu addım qanunidirmi?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib ki, həmin müştəriləri sosial şəbəkədə açıq formada paylaşmaq qanunsuz deyil:

“Bu, problem deyil, heç bir qadağa yoxdur. Şəxsi həyata müdaxilə etmək, hansısa şəxsin icazəsi olmadan onun şəkil və videolarını paylaşmaq qadağandır. Bu, ayrı bir şeydir. Amma kimsə oğurluq edirsə, bu, cinayət sayılır. Mənim mağazamdan kimsə oğurluq edirsə, mənim əmlakıma müdaxilə etmiş sayılır. İstənilən şəxsin cinayət başında görüntüsünü çəkib paylaşmaq heç bir məsuliyyət yaratmır".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top