Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

GÜNDƏM 20 iyun 2025, 00:10
İl ərzində gərgin iş qrafikində çalışan insanlar adətən məzuniyyət üçün yayın gəlişini səbirsizliklə gözləyirlər. Azı 1 ya 2 həftə məzuniyyətin istirahət üçün onlara yetdiyini düşünürlər. Əslində isə bu insanlara ən azı 3 həftə məzuniyyət şərtdir.

Bizim.Media xəbər verir ki, psixoloq, NLP-terapevt Angelina Surina bu barədə "Moskva 24"ə danışıb.

Həkimin fikrincə, çalışan insanların tam enerjilərinin bərpası üçün üç həftəlik məzuniyyətə ehtiyac var. Onun sözlərinə görə, beynin istirahətə keçidi yalnız ikinci həftədən başlayır. Odur ki, orqanizmin tam şəkildə yenilənməsi və bərpası üçün üç həftəlik məzuniyyət vacibdir.

Həkimin sözlərinə görə, məzuniyyətin ilk həftəsi əsasən istirahətə adaptasiyaya sərf olunur:

“Bu da ondan irəli gəlir ki, insanların əksəriyyəti hələ də telefona baxmağa meylli olur və tam rahatlıq hiss etmirlər. Eyni zamanda, tam dincəlmək üçün aktiv fəaliyyətləri passiv istirahətlə əvəzləmək vacibdir. İlk günlərdə isə evdə və ya çimərlikdə uzanmaq və ya qısa bir gəzintiyə çıxmaq tövsiyə olunur ki, insan güc toplaya bilsin.

Daha sonra isə “mənzərəni dəyişmək” və ekskursiyaya çıxmaq, başqa bir şəhərə getmək, teatra, kinoya baş çəkmək və ya yeni bir idman növünü sınamaq vacibdir. Belə fəaliyyətlər dopaminin sintezini artırır və beynin yeni sinir əlaqələrini inkişaf etdirməsinə kömək edir”.

Bundan başqa, əgər şəxs narahatlığa meyillidirsə, o zaman rahatlamağı öyrənməsi çox vacibdir. Surinanın sözlərinə görə, bu tip insanlara məzuniyyəti həftəlik hissələrə bölmək tövsiyə oluna bilər ki, beyin istirahətə alışa bilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top