Ermənistan parlamentnin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Alen Simonyan deyib ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Erməni spiker qeyd edib ki, Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanla Türkiyə arasında hər hansı normallaşma prosesində Zəngəzur dəhlizi də əsas müzakirə mövzularından biri olacaq:
“Türkiyə bu məsələdə Azərbaycanın maraqlarını müdafiə edəcək. Çünki Ankara və Bakı regionda formalaşan yeni geosiyasi reallıqlarda sıx koordinasiyalı fəaliyyət göstərir. İranın bölgədə zəifləyən təsiri də Zəngəzur dəhlizi məsələsinin aktuallaşmasına səbəb olub. Əgər Paşinyan bu reallıqları qəbul edərək Ermənistanın təhlükəsizliyini və iqtisadi rifahını Azərbaycan və Türkiyə ilə münasibətlərdə görməyə başlayırsa, bu, regionda normallaşma prosesinin irəliləməsinə şərait yarada bilər. Nəticə etibarilə, Ermənistanın bu addımları bölgədə sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanla Türkiyənin bölgə siyasətində vahid mövqe nümayiş etdirməsinin təsdiqi kimi qiymətləndirilir. Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair son açıqlamaları və atdığı addımlar seçkilər ərəfəsində siyasi reytinqini artırmaq məqsədi daşıyır. Paşinyan bu gedişlə həm Ermənistan-Türkiyə sərhədlərinin açılmasını, həm də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gündəmə gətirərək ictimai rəyə təsir etməyə çalışır”.
Leyla Turan
Demokrat.az