Putin: "Dünya nizamı istənilən halda dəyişəcək"

DÜNYA 20 iyun 2025, 21:39
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq arenadakı hədəflərini açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.

Putinin sözlərinə görə, Rusiya köhnə nizama müqavimət göstərmir. Moskva dostları - sivilizasiyanın ümumi problemlərini həll etmək üçün birgə işləmək istəyənlərin hamısını birləşdirir.

"G7-nin qlobal iqtisadiyyatda payı ildən-ilə azalır, BRICS-in payı isə artır. Lakin Rusiya dünya arenasında mövqelərini itirən ölkələrlə danışıqlara hazırdır. Rusiya dünya inkişafının qlobal tendensiyalarını nəzərə alaraq Asiyaya doğru dönüş edib. Dünya nizamı istənilən halda dəyişəcək, bizim vəzifəmiz dəyişikliklərə sivil xarakter verməkdir", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyun 2025, 22:40
Top