Bu iki ölkənin vətəndaşlarına ev satmaq qadağan edildi

DÜNYA 20 iyun 2025, 18:57
Latviya parlamenti Rusiya və Belarus vətəndaşlarına milli təhlükəsizlik baxımından ölkədə daşınmaz əmlak almağı qadağan edən reqlamenti təsdiqləyib. 

Demokrat.az
xəbər verir ki, “Milli təhlükəsizliyə təhlükə yaradan əməliyyatların məhdudlaşdırılması haqqında” qanun yeni əmlak alışlarını əhatə edir. 

Latviya İctimai Radio və Televiziyasının açıqladığı məlumata görə, qadağa yalnız qanun qüvvəyə mindikdən sonra edilən əməliyyatlara şamil olunacaq. Hazırda Rusiya və ya Belarus vətəndaşlarına məxsus daşınmaz əmlak qanundan azad ediləcək. Qanun Rusiya və ya Belarus vətəndaşlarına Latviyada daimi yaşamaq icazəsi olduqda tək ev almağa icazə verir.

Bundan əlavə, vərəsəlik yolu ilə əldə edilmiş və ya məhkəmə qərarı ilə tanınan əmlaklar da qadağanın əhatə dairəsindən çıxarılacaq.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyun 2025, 22:40
Top