Bakının Xəzər rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi, Naxçıvan küçəsində baş verib.
Vaqif həmin qəsəbədə yerləşən fərdi yaşadığı evin yaxınlığında qısqanclıq zəmnində arvadı Səbinənin sevgi münasibətində olduğu Nazim (adlar şərtidir rer.) ilə mübahisə edib. O, qəsdən sifətinə yumruq
şillə zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2002-ci ildə Səbinə ilə rəsmi olaraq ailə qurub və birgə nigahdan Rasim adlı bir oğlu var: "2024-cü ildə arvadım Səbinə qonşuluğunda yaşayan Nazimlə mobil telefonla danışaraq mənə xəyanət etdiyinə görə aramızda ər-arvad münasibətləri pozuldu. 2024-cü il tarixdə yaşadığım evdə arvadımı vuraraq xəsarət yetirdim. Həmin vaxtı arvadım məndən polisə şikayət etdi. Buna görə Xəzər Rayon Məhkəməsi tərəfindən barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırması cəzası verildi. Həmin vaxtdan arvadım mənimlə bir yerdə yaşamır".
Təqsirləndirlilən şəxs qeyd edib ki, məlum hadisə günü, yəni 2025-ci il tarixdə saat 19:00-da evimin yaxınlığında küçədən ərzaq mağazasına gedərkən yolda arvadımla birləşərək mənə xəyanət edən qonşum Nazimi gördüm. Nazim məni gördü və mənə baxaraq gülümsəyərək salam verdi. Nazimin bu hərəkətindən əsəbləşərək onun sifətinə bir yumruq zərbəsi, bir şillə zərbəsi vuraraq ona xəsarət yetirdim. Həmin vaxt Nazim də mənim sifətimə yumruq zərbəsi vuraraq xəsarət yetirdi".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nazimin sözlərinə görə, təqsirləndirilən Vaqif onun qonşuluğunda yaşayıb, eyni zamanda təqsirləndirilən şəxs əmin arvadı Səbinə ilə qohumluq əlaqəsi var: "Əvvəllər qohum kimi bir birimizin evinə getsək də, 2024-cü ildən münasibətlərimiz pozulub. Vaqif mütəmadi olaraq spirtli içki qəbul edib, ailəsində münaqişə yaradaraq arvadını mənım qısqanıb, dəfələrlə bu barədə mənə şər böhtan atıb".
Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin aprel ayında Vaqif arvadı Səbinənin döyərək ona xəsarət yetirib: "Vaqif mütəmadi spirtli içki qəbul edərək ailədə münaqişə yaratdığına görə arvadı və oğlu onunla birlikdə yaşamayıb. Buna görə də Vaqif evində tək yaşayır. Məlum hadisə günü saat 19:00-da küçədə Vaqif qarşımı kəsərək mənə arvadı ilə gəzdiyimi bildirdi, şər böhtan atdı.Bu zaman qəsdən yumruq şillə zərbələri ilə sifətimə zərbələr vuraraq mənə xəsarət yetirdi. Bu zaman onu özümdən kənarlaşdırmaq üçün onun sifətinə bir yumruq zərbəsi vurdum. Bundan sonra oradan uzaqlaşaraq öz evimə gerdim. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az