Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “Canal6” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Meksika ilə enerji keçidi sahəsində əməkdaşlığa hazırdır.
İqtisadçı Anar Eyyubov Demokrat.az-a açıqlama verib.
İqtisadçı deyib ki, bu əməkdaşlıq yaşıl enerji texnologiyalarında təcrübə mübadiləsi aparmağa təkan verəcək:
“Azərbaycan son illərdə bərpa olunan enerji xüsusilə günəş və külək enerjisi sahəsində fəal addımlar atır. Meksika da bu sahədə ciddi potensiala malikdir. Bu baxımdan, iki ölkə arasında texnologiya, təcrübə və innovasiyalar sahəsində əməkdaşlıq mümkündür. Enerji keçidi sahəsində birgə layihələr hər iki ölkənin iş adamları və şirkətləri üçün investisiya platforması yarada bilər. Bu, həmçinin üçüncü ölkələrin bazarlarına çıxış üçün də körpü rolu oynaya bilər. Azərbaycan enerji ixracatçısı kimi öz imkanlarını Meksika ilə paylaşaraq, Mərkəzi Amerika və Karib hövzəsində mövqelərini gücləndirə bilər. Eyni zamanda Meksika da Azərbaycanın Avrasiya bazarına çıxış təcrübəsindən faydalana bilər. Bu təşəbbüs, iki ölkənin qarşılıqlı iqtisadi maraqlarını gücləndirə və yeni nəsil enerji diplomatiyasının inkişafına töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az