Dondurma fabrikinin əməkdaşı iş yerində öldü

KRİMİNAL 20 iyun 2025, 13:40
Bakıda 57 yaşlı qadın işlədiyi fabrikdə ölüb.

Demokrat.az xəbər verir ki, hadisə iyunun 19-u gecə saat 03 radələrində Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən “İceland” şirkətinin istehsal müəssisəsində baş verib.

Sexdə işləyən qəsəbə sakini 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top