Sabah rəsmi iş günü olacaq — QƏRAR

SOSİAL 20 iyun 2025, 17:10
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il üçün iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı qərar verib.

Demokrat.az xəbər verir ki, qərara əsasən, 2025-ci il iyunun 27-si cümə axşamı istirahət günü, iyunun 22-si şənbə günü isə iş günü elan edilib.

Bu dəyişiklik nəticəsində gələn həftə ardıcıl dörd gün iş olmayacaq.

Belə ki, 26 iyun Silahlı Qüvvələr Günü, 28 və 29-u həftə sonlarına təsadüf etdiyi üçün, 27 iyunda isə qərara əsasən iş günü olmayacaq. 

Qeyd edək ki, iş və istirahət günlərində dəyişikliklər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top