Politoloq: "İran-İsrail savaşının başlanması ilə Azərbaycanın regionda əhəmiyyəti bir daha artdı"

GÜNDƏM 20 iyun 2025, 16:40
"İran-İsrail savaşının başlanması ilə Azərbaycanın regionda əhəmiyyəti bir daha artdı. Belə ki, bir çox ölkələr öz vətəndaşlarını məhz Azərbaycan vasitəsilə təxliyyə etməyə başlayıblar. Bundan başqa, bəzi ölkələr öz səfirliklərini İranda bağlasalar da, konsulluq fəaliyyətlərini Azərbaycanda davam etdirməklə bağlı qərar veriblər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Bunların hamısı Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş imici ilə bağlıdır. Azərbaycan uzun müddətdən bəri beynəlxalq aləmdə etibarlı tərəfdaş və təhlükəsiz ölkədir və bu statusunu qorumaqda davam edir. Və bu gün də təxliyyələrin mütləq əksəriyyətinin məhz Azərbaycan üzərindən baş verməsi də bu mövqenin, bu imicin bir daha nümayiş etdirilməsi kimi qəbul olunmalıdır".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top