Hazırda İran və İsrail arasında davam edən müharibə bütün dünyanın diqqət mərkəzindədir. İrandakı siyasi vəziyyət oradan ölkəmizə idxal olunan məhsullara da təsir edir.
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın İrandan idxal etdiyi kənd təsərrüfatı və qida məhsulları, eləcə də plastik məmulatlar və onların xammalı ilə bağlı hazırkı vəziyyət narahatlıq doğurur:
“İranda baş verən müharibə artıq ölkənin iqtisadiyyatına mənfi təsir etməyə başlayıb. Bu təsirin Azərbaycan bazarına da ötürüləcəyi ehtimalı artır. Ən uyğun qiymətə olan bir sıra məhsullar hazırda məhz İran üzərindən idxal edilir. Xüsusilə də marketlərdə istifadə olunan bəzi xammallar, kənd təsərrüfatı məhsulları və gündəlik tələbat mallarının idxalında İran marşrutu üstünlük təşkil edir. Hazırkı geosiyasi vəziyyət belə davam edərsə, bu sahədə ciddi bahalaşmalar baş verə bilər. Artıq bəzi məhsullarda, xüsusilə də qida sektorunda qiymət artımı müşahidə olunmağa başlayıb. Bu isə həm istehlakçılar, həm də ticarətçilər üçün əlavə yük deməkdir. Müharibənin uzunmüddətli davam etməsi Azərbaycan bazarında tədarük zəncirlərində gecikmələrə və qiymətlərin artmasına gətirib çıxara bilər”.
Leyla Turan
Demokrat.az