Azərbaycan mediasının 150 illik yubileyi münasibətilə keçirilən rəsmi tədbirdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Ould Azərbaycan dilində çıxış edib.
Musavat.com xəbər verir ki, tədbirin açılışında səfir qonaqları ana dilimizdə salamlayaraq səmimi sözlər deyib: “Hörmətli qonaqlar və əziz dostlar, xoş gəlmisiniz, axşamınız xeyir olsun”.
Diplomatın bu jesti tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ferqus Ould çıxışında Britaniya ilə Azərbaycan arasında mədəni və informasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, yubiley tədbirində yerli və xarici diplomatik korpusun nümayəndələri, tanınmış jurnalistlər və ictimai xadimlər iştirak ediblər.