Komitədən hamilə olan 14 yaşlı qızla bağlı AÇIQLAMA

GÜNDƏM 16 iyul 2025, 18:43

Xəbər verdiyimiz kimi, Azərbaycanda 14 yaşlı qız hamilədir.

Hadisə Kürdəmir rayonunda baş verib.

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə "Rövşanə ilə gündəm" verilişində bildirib ki, anası yüngül həyat tərzi keçirən 14 yaşlı qızın övladını dünyaya gətirməsinə sayılı günlər qalıb. Qız məktəbə getmir və oxuma-yazma bacarığı yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Musavat.com-a açıqlamasında bildirib ki, məsələyə diqqət yetirilib və hamilə olan yeniyetmə Kəmalə Ağazadənin sığınacağına yerləşdirilib:

"Yeniyetmənin ailəsi məsələyə göz yumduğu üçün məsuliyyətə cəlb olunacaq. Hazırda qıza psixoloji yardım göstərilir və nəzarət altındadır. Məsələ ilə bağlı araşdırmalar davam edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top