Quba rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 26-da Quba rayonunun kədlərindən birində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Osman Acalov həmin gün saat 13 radələrində kənddə yerləşən fərdi yaşayış evində həyat yoldaşı Samirlə (ad-soyad şərtidir – red.) mübahisə edib.
Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşını qəsdən bədəninin müxtəlif nahiyəsindən vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.
Hadisəni törədən O. Acalovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 26-da, təxminən saat 13 radələrində çörək yemək üçün işdən evə gəlib: “Həyat yoldaşım evdə söz-söhbət yaratdığına görə aramızda mübahisə yarandı. Nəticədə onun boyun nahisəsindən əlim ilə vurdum. Aramızdakı mübahisə təxminən 10-12 dəqiqə davam etdi. Bu vaxt evdə başqa kimsə olmayıb”.
İş üzrə zərərçəkmiş S. Acalovanın sözlərinə görə, 2010-cu ildə təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurub, birgə nikahdan iki övladı doğulub: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan pisləşdi. Bunun səbəbi isə Osmanın anasının bizim ailəmizə müdaxilə etməsi olub. Bu səbəbdən aramıznda mütəmadi mübahisələrimiz yaranır. Sonuncu mübahisələrimiz aprelin 26-da, saat 13 radələrində evdə olan zaman baş verdi. Osman evə gələrək söz-söhbət yaratdı və əsəbləşərək əli ilə məni vurdu”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Hakim hökm çıxaran zaman bu halları nəzərə alıb. O. Acalovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az