"Bu xidmətlərin taksi qiymətinə olması düzgün deyil"

ŞOU-BİZNES 17 iyul 2025, 23:24
Aktyor Elcan Rəsulov Bakıda icarəyə verilən skuter və velosipedlərin qiymətlərindən şikayətlənib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib:

"Son günlər skuter və velosipedlərdən aktiv istifadə etməyə başlamışam. İndi istəyirəm təcrübələrim və müşahidələrim barədə sizinlə də bölüşüm. İlk növbədə bu velosiped yolları adlanan hissəni düşünən, layihəsini hazırlayan, təqdim edən, həyata keçirən hər kəsə xüsusi təşəkkür edirəm. Çox əla işdir. Maşın yollarında özünü xüsusilə təhlükəsiz hiss edirsən. Bulvarda isə adamlar yerdəki xəttə fikir vermədən gəzilər deyə, məcburi şəkildə sən də avtoşluq edirsən, "ara işləyirsən".

Velosiped yolları bütün Bakını əhatə etsə, inanın ki, çox az sayda maşın sürən adam görəcəksiniz. Çox böyük yollar var ki, səkiylə sürməyə məcbur olursan, bu isə əlverişli deyil. Səkilər demək olar bərbad vəziyyətdədir. Ya getdiyin yerdə yol bitir, qarşına hansısa obyekt çıxır, çuxur, ya da pilləkən çıxır. Düzdür əyləncə üçün də skuter və velosipedlərdən istifadə edənlər çoxdur. Amma mən bahalı maşınlarını saxlayıb bu xidmətlərdən istifadə edən çox adamlar gördüm yollarda.

İndi isə gələk qiymət məsələsinə. Düşünürəm ki, bu xidmətlərin taksi qiymətinə olması düzgün deyil. Çünki seçim qarşısında qalanda, əlbəttə taksi daha rahat, komfortlu və təhlükəsizdir. Məncə bütün şirkətlər qiymətlərə bir də nəzər salmalıdır. Çox həvəslənmişdim, sadəcə yutubda qarşıma çıxan skuter qəzaları videosu məni bir az qorxutdu bu gün. Ona görə nəsə təhlükəsizlik tədbirləri də fikirləşməliyəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top