Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin qudalığına son qoyulub.
Demokrat.az gununsesi.info-ya istinadla xəbər verir ki, deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıb.
Onlar 2008-ci ildə ailə qurmuşdu, birgə nikahdan 16 və 11 yaşlı iki övladları var.
Məlumata görə, boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə İsfəndiyar Möhbalıyev ərizə verib.
Qarşı tərəf də razılaşıb.
“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib”, deyə məlumatda bildirilir.