Juninyo Azərbaycana gəlir

İDMAN 17 iyul 2025, 23:10
Premyer Liqanın yeni iştirakçısı olan "İmişli" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sport1.az xəbər verir ki, bölgə təmsilçisi Luiz Fernando Silvestre Junior ilə razılıq əldə edib.

22 yaşlı yarımmüdafiəçi ilə "2+1" illik müqavilə imzalanıb. Juninyo yaxın günlərdə Bakıya gələcək. Bundan sonra, onunla rəsmi müqqvilə imzalanacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Mirassol", "Aparesidense", "Sianorti", "Atletiko Paraense" kimi klublarda çıxış edib.

Juninyo Braziliya U-20 yığmasının da üzvüdür.

Yarımmüdafiəçi meydana çıxdığı rəsmi 59 qarşılaşmada 8 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top