ABŞ Suriyada vəziyyətin bu gün deeskalasiya olunacağını gözləyir

DÜNYA 18 iyul 2025, 00:06
ABŞ administrasiyası Suriyada vəziyyətin günün sonunadək deeskalasiya olunacağını gözləyir.

"Report"un məlumatına görə, bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə çıxış edib.

"Biz bu narahatedici və dəhşətli vəziyyətə bu axşam son qoymağa imkan verəcək konkret addımlar razılaşdırdıq. Bütün tərəflərdən öz öhdəliklərini yerinə yetirməsi tələb ediləcək və biz tam olaraq gözləyirik ki, onlar bunu edəcəklər", - deyə o bildirib.

Xatırladaq ki, Suriyanın cənubunda vəziyyət iyulun 13-də gərginləşib. Həmin gün Es-Süveydə əyalətində ərəb qəbilələrinin döyüşçüləri ilə dağlı druzların özünümüdafiə dəstələri arasında toqquşmalar baş verib. İyulun 15-də Suriya ordusu vəziyyətin sabitləşdirilməsini təmin etmək üçün əyalətin eyni adlı inzibati mərkəzinə daxil olub. Bundan qısa müddət sonra İsrail Suriya Silahlı Qüvvələrinin hərbi kolonalarına zərbələr endirməyə başlayıb. Bu, druz əhalisini qorumaq cəhdi ilə əsaslandırılıb. İyulun 16-da isə İsrail Suriyanın paytaxtı Dəməşqdə bir neçə strateji obyekti atəşə tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top