Bakının Suraxanı rayonunda qayınata və kürəkən arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində baş verib.
Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Məmməd Məmmədov həmin gün saat 21:00-da yaşadığı nömrəsiz fərdi evin həyətində kürəkəni Zaur Babayev ilə qızı Süsənin (ad-soyad şərtidir – red.) ailə münasibətlərinə müdaxilə etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı dəmir parçası ilə onun sifət nahiyəsindən vurub.
Hadisəni törədən M. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun qızı Süsən 2015-ci ildə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub: “Bu evlilikdən iki azyaşlı oğlan uşaqları var. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yanbayan iki torpaq sahəsi aldım. İlk əvvəl həmin torpaq sahəsində özüm birmərtəbədən ibarət dörd otaqlı ev tikdim, ailəm ilə yaşamağa başladım. Həmin vaxt kürəkənim Zaur ailəsi ilə birlikdə kirayə yaşayıb. Kürəkənimə və qızıma da bizimlə birlikdə yaşamağı təklif etdim. Qızım mənimlə razılaşaraq birlikdə yaşamağa başladı”.
Müttəhim qeyd edib ki, bundan əlavə torpaq sahələrinin yanında olan kürəkəni Zaura verdiyi torpaq sahəsində ev tikdirməyə kömək edib və Zaur evi tikdirərək yekunlaşdırıb: “Bir müddətdir ki, qızım və nəvələrim mənimlə yaşasalar da, kürəkənim Zaur yeni tikilən evin bir otağını yarımçıq düzəldərək həmin evdə yaşayıb. Son zamanlar kürəkənimin qızıma olan münasibətinə görə onunla mübahisəm düşüb. Kürəkənim evə pul gətirməyib, evin təmirini başa çatdırmayıb, həyat yoldaşına qarşı soyuq münasibət bəsləyib”.
M. Məmmədov əlavə edib ki, mayın 20-də, saat 21:00-da kürəkəni Zaura həyat yoldaşı ilə nə üçün soyuq davrandığını, evə pul gətirmədiyini irad kimi bildirib: “Bu zaman Zaur da mənə cavab qaytardığı üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi olduğum üçün yerdən dəmir parçasını götürdüm və kürəkənimin üzünə vuraraq ona xəsarət yetirdim. Bundan sonra kürəkənim evdən getdi. Bir qədər sonra Zaurun barəmdə polisə şikayət etdiyini öyrəndim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda kürəkəni ilə barışdığını deyib. O bildirib ki, zərərçəkmiş şəxs ona qarıı şikayətini geri götürüb.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların barışmasını nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az