Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisas qruplarında ödənişsiz təhsil almaq imkanı daha çoxdur

GÜNDƏM 16 iyul 2025, 15:26
"Təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil haqları artırılıb. Təhsil haqqının artırılması təkcə universitetlərin arzu və istəklərinə bağlı deyil. Azərbaycanda və dünyada baş verən iqtisadi proseslər buna birbaşa təsir edir. Elə universitetlərdə təhsil haqları artırılır ki, onlar dünya universitetləri sırasında öz sözünü demiş olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

O bildirib ki, təhsil haqlarının yüksək olmasının bir səbəbi də universitetlərdə xarici müəllimlərin tədrisə cəlb olunması məsələsidir:

"Xarici müəllimlərin dəvəti üçün müəyyən xərc tələb olunur. Tələbələrə kifayət qədər güzəştlər edilir. 50%-dən çox tələbə ödənişsiz təhsil alır. Xüsusi kateqoriyaya aid (valideynini itirmiş, müharibə iştirakçısı və.s) tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənir. Ödənişli təhsil alanların çoxu 3-cü qrupda yer alır. Bunun müəyyən səbəbləri var. Dünyanın heç bir yerində 3-cü qrupda tədris olunan ixtisaslar prioritet hesab edilmir. Buna görə də ödənişdən azad edilmələr daha çox 1-2 və 4-cü qruplara şamil edilir".

Qeyd edək ki, bir neçə ixtisasda təhsil haqqı artırılıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top