Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir. Viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib.
Demokrat.az-a açıqlamasında iqtisadçı Cavid Vəliyev deyib ki, bu qərar hər iki ölkənin iqtisadi münasibətlərinə ciddi təsir göstərəcək və yeni imkanlar yaradacaq:
“İlk növbədə, ticarət dövriyyəsi artacaq. Hazırda iki ölkə arasında illik ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Viza baryerinin aradan qalxması işgüzar səfərləri asanlaşdıracaq, kiçik və orta biznesin Çin bazarına çıxışını genişləndirəcək. Bu, xüsusilə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ixrac imkanlarını artıracaq. İkinci mühüm təsir turizm sektorunda olacaq. Çin dünyada ən böyük turist bazarlarından biridir. Azərbaycan üçün bu, otel, iaşə və digər xidmət sahələrində valyuta gəlirlərinin artması deməkdir”.
İqtisadçı əlavə edib ki, logistika və nəqliyyat sektoru güclənəcək:
“Azərbaycan Orta Dəhliz üzrə əsas tranzit ölkədir və Çinlə vizasız rejim yüklərin daha rahat hərəkətinə şərait yaradacaq. Bu, Bakı-Tbilisi-Qars dəmir yolunun yüklənməsini artıracaq və ölkəyə əlavə tranzit gəlirləri gətirəcək. İnvestisiya axını da mühüm amildir. Çin şirkətləri Azərbaycanda enerji, nəqliyyat, logistika və texnologiya sahələrində layihələrə daha asan qoşula biləcək. Bu, yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın sürətlənməsinə imkan verəcək. Bununla yanaşı, bəzi risklər də var. Çin mallarının bazara daha çox daxil olması yerli istehsalçılar üçün rəqabəti artıracaq. Turizm və logistika infrastrukturuna əlavə investisiyalar tələb olunacaq”.
Leyla Turan
Demokrat.az