"Təbiət, dəniz sahili, parklar, meşələr və s. vətəndaşların ümumi mülkiyyətidir. Onların zəbt edilməsi, ora ödəniş qoyulması qanunla qadağandır. Vətəndaş istənilən yerdə, istənilən formada pulsuz şəkildə istirahət edə bilər. Ödənişli çimərlik olmur, ancaq həmin ərazidə xidmət göstərilirsə, o xidmətdən istifadə etmək üçün pul tələb edilə bilər. Dənizə giriş isə pulsuz olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, vətəndaşlar pulsuz olan çimərliklərdə rahat şəkildə istirahət edə bilərlər:
"Hətta lazımdırsa, orqanlara şikayət edib, öz haqlarını tələb edə bilərlər. İkinci məsələ, bəzi ərazilərdə nəzarət olmamasıdır. Çünki sahil və dəniz çox genişdir, hər yerdə xüsusi nəzarətçilərin olması çətin məsələdir. Buna görə də bəzi yerlərdə ölümlər olur.
Bəzi sahibkarlar, biznes sahibləri xidmət göstərdikləri yerlərdə giriş üçün pul tələb edə bilər, amma bu yalnız xidmətdən istifadə üçün ola bilər, dənizə giriş üçün yox. Vətəndaşlar zorla kənarlaşdırıla bilməz".
Ekspertin sözlərinə görə, dənizdən istifadə ilə bağlı qanunlar aydındır və dövlət bunu qoruyur:
"Heç bir sahibkar və ya biznesmen vətəndaşları dənizdən və ya təbiətdən istifadə etməkdən məhrum edə bilməz. Belə hallar olarsa, kütləvi şəkildə mübarizə aparılmalı, şəxslər cəzalandırılmalıdır. Nəzarət və xilasetmə xidmətləri çimərliklərdə təhlükəsizliyi təmin edir.Yerli vətəndaşlar öz hüquqlarını bilməli, tələb etməlidir. Əgər vətəndaşlar öz hüquqlarını bilmirsə və tələb etmirsə, o zaman hüquqları pozula bilər. Ancaq vətəndaşlar hüquqlarını bildikdə, qanun pozuntuları qarşısında dayanacaqlar. Qanun açıqdır və heç kim qanunu poza bilməz.Bu məsələ sosial məsuliyyət tələb edir. Vətəndaşlar qanunların tətbiq olunmasını tələb etməli, öz hüquqlarını qorumağa çalışmalıdırlar. Əks halda, məsələ həll olunmaz. Dövlət qanunu qoyub, indi vətəndaşların özləri haqlarını bilməli və qorumağa çalışmalıdırlar. Yalnız bu yanaşma ilə məsələ həll oluna bilər".
Əfsanə Kamal
Demokrat.az