Qohumlar arasında dini kəbin kəsdirmək də mümkün olmayacaq — AÇIQLAMA

GÜNDƏM 16 iyul 2025, 22:35
"Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. 

O bildirib ki, 1 iyul tarixindən etibarən qohum evlilikləri ilə bağlı Asan xidmət mərkəzlərinə yaxınlaşanlar nikah bağlaya bilmir:

"Onlar düşünə bilər ki, sadəcə dini kəbin kəsdirərək birlikdə yaşaya bilərlər. Ancaq artıq bu da mümkün olmayacaq. Çünki din xadimləri dini kəbinlərini yalnız rəsmi nikah şəhadətnaməsi təqdim edildiyi halda kəsə biləcəklər. Həmçinin gələcəkdə qeyri-rəsmi nikahdan doğulan uşaqların sənəd məsələlərində də problemlər yarana bilər. Bu ehtimallar nəzərə alınmalıdır. Dəyişiklik təqdirəlayiqdir. Bu cür evliliklərdən doğulan uşaqlarda genetik xəstəliklər daha çox müşahidə edilirdi. Dəyişikliklər sağlam vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top