Bakıda saxlanılan ruslara analarıyla görüş icazəsi VERİLDİ

GÜNDƏM 16 iyul 2025, 22:12
Bakıda saxlanılan Rusiya vətəndaşlarının analarına onlarla görüşməyə icazə verilib.

Demokrat.az xəbər verir ki, görüşlərin təşkilində Ombudsman Səbinə Əliyeva yardım edib.

Saxlanılan Rusiya vətəndaşlarının sözlərinə görə, saxlanma şəraitindən şikayətləri yoxdur, onların bütün ehtiyacları təmin olunur.

Rusiya Federasiyasının konsulu dəfələrlə onları ziyarət edib və saxlanma şəraitinin normalara uyğun olduğunu təsdiqləyib.

Qeyd edək ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top