Saatlıq əməkhaqqına keçiddə tətil və bayram günlərində ödəniş olunacaqmı? — AÇIQLAMA

GÜNDƏM 20 iyun 2025, 14:40
"Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı müzakirələr aylardır davam edir. Ancaq bunun mexanizmi ilə bağlı rəsmilər tərəfindən hər hansı açıqlama yoxdur. Bizdə minimum əməkhaqqı anlayışı var. Minimum əmək haqqı 400 manatdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

O bildirib ki, 400 manat məbləği günlərə, iş saatlarına bölsək, saat görə heç 2 manat məbləğ etmir:

"Bu məntiqlə saatlıq ödəniş ediləcək, yoxsa ayrıca tarif müəyyən ediləcək kimi suallar ortaya çıxır. Bu barədə rəsmilər məlumat verməlidir, ancaq təəssüf ki, heç bir rəsmi məlumat yoxdur. Beynəlxalq təcrübədə bu məsələ fərdi müqavilələrlə tənzimlənir. Saata görə əməkhaqqı işlədiyi saata görə verilir və istirahət və bayram günləri nəzərə alınmır. Ancaq onların saatlıq əməkhaqqı çox yüksək olur. Saatlıq əmək haqlarının ödənişi ölkəyə görə fərdi müqavilələr əsasında dəyişir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 iyul 2025, 12:56
Top