"Əhd eləmək odur ki, bir işi görəcəyinə və ya etməyəcəyinə dair Allaha söz verirsən. Qurani-Kərimdə və hədislərdə əhdin şəri baxımdan yeri olduğu bildirilir. Allah buyurur: “Əhd bağladığınız zaman əhdə sadiq olun.” (İsra, 34) “Onlar əhdlərini yerinə yetirirlər və verdikləri sözə xilaf çıxmırlar.” (İnsan, 7)".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, burada vacib bir məqam var:
"Əhdin özü şəriətə uyğun olmalıdır. Əgər əhd haram bir işə, yaxud mənasız, şəriətin məqsədlərinə zidd bir əmələ yönəlibsə, bu cür əhd etibarsızdır və yerinə yetirilməsi vacib deyil.
Qəribə və məntiqsiz əhdlərə gəldikdə isə – məsələn, uşağın saçını 7 yaşa qədər kəsməmək kimi əhdlərdə əvvəlcə belə bir sual ortaya çıxır: bu əməl (məsələn, saç kəsməmək) dinə görə bəyənilən, vacib və ya müstəhəb bir əməldirmi? Əgər bu əhd bir bidətə, cəhalətə, ya da uşağın psixoloji və ya sosial durumuna zərər verəcək bir vərdişə çevrilirsə, o zaman bu cür əhd şəriətdə əsassız və etibarsız sayılır.
Uşağın oğlan və ya qız olmasından asılı olmayaraq, onu belə bir zahiri görkəmə məcbur etmək – xüsusilə də sosial və psixoloji zərərə səbəb olacaq şəkildə – İslamın hikmət və mərhəmət prinsipinə ziddir.
Peyğəmbərimiz (s) belə davranışlara qarşı çıxmışdır. Hədisdə bildirilir: "Hər kim bir əhd edərsə və onu yerinə yetirməkdə Allahın əmrinə qarşı gələrsə, o əhd yoxdur." (Əbu Davud, 3259)".
İlahiyyatçının sözlərinə görə, əgər bu əhdin nəticəsi uşağın cinsiyyətində şübhə oyadırsa, onu sosial narahatlığa salırsa və ya qeyri-etik görüntü yaradırsa, bu əhd qeyri-məqbuldur və yerinə yetirilməsi tələb olunmur:
"Əksinə, bu halda valideyn məsuliyyət daşıyır. Əhdin forması, məzmunu və niyyəti mühümdürƏgər bir şəxs “Əgər övladım oğlan olarsa, 7 yaşına qədər saçını kəsməyəcəyəm” kimi bir əhd edibsə, burada nə dini bir fayda var, nə də bu ibadət kateqoriyasına aiddir. Əgər saç uzatmaq haram olmasa da, belə bir forma və niyyətlə, onu Allaha bağlı əhd etmək, ciddiyyətsizlik və dinin adından sui-istifadə ola bilər.
Bu davranış daha çox adətə, bəlkə də müəyyən şəxsi inanclara əsaslanır, lakin şəri bir əsası yoxdur. Belə əhdlər, xüsusilə də başqaları tərəfindən gülüş hədəfinə çevriləcəksə, uşağa psixoloji travma verəcəksə, ümumiyyətlə dinin gözəl təbliği baxımından da zərərlidir.Bir sözlə İslamda əhd etmək var, amma yalnız şəriətə uyğun olan əməllər üçün. Məntiqsiz, faydasız, zərərli və ya dinə zidd olan əhdlər keçərli deyil və yerinə yetirilməməlidir. Uşağın psixologiyasına, cəmiyyətin qəbul etdiyi normalara və dini ölçülərə zidd bir əhd – məsələn, oğlan uşağına 7 yaşına qədər saç kəsdirməmək – əsassızdır və dini cəhətdən etibarsızdır. Bu cür əhdləri tənqid etmək ədəblə və elmlə olmalı, insanlara dinin mahiyyəti düzgün izah olunmalıdır ki, gələcəkdə din adından belə səhvlər təkrar olunmasın".
Qeyd edək ki, sosial şəbəkədə görkəmindən oğlana bənzədilməyən iki uşaq gündəmə gəlib. Bəlli olub ki, onların atası övladları olarsa, 7 yaşlarına qədər saçlarını kəsdirməyəcəyinə dair əhd edib.
Əfsanə Kamal
Demokrat.az