Statistikaya görə, Bakı şəhəri əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ölkə üzrə liderdir. Belə ki, Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlərin sayı 296,225 nəfərdir. Onların təxminən 42 faizi paytaxtda yaşayır. Maraqlıdır ki, Suraxanı rayonu bu kateqoriyada 16,869 nəfərlə ilk yerdə durur, ən az göstərici isə 127 nəfərlə Pirallahı rayonunda qeydə alınıb. Rəqəmlər rayonlar arasında ciddi fərqlərin olduğunu göstərir.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
Psixoloq bildirib ki, həyatımızda ağır fiziki və emosional təzyiq nəticəsində sinir krizi əlamətlərinin artması müşahidə olunur:
“Bu da həyat səviyyəmizə mənfi təsirini göstərir. Nə kimi təsirlər göstərir dedikdə, öncə şəxsi həyatımıza, gündəlik yaşantımıza, sağlamlığımıza öz təsirini göstərir, zamanla ətrafımızdakı insanlar bundan narahat olub şikayət etməyə başlayır. Bu da öz növbəsində bizə əlavə olaraq yan təsirini göstərmiş olur. Bəzi rayonlarda əsəb xəstəliklərinin daha çox olmasının səbəbi onunla izah edilə bilər ki, həmin ərazidə məskunlaşmış insanların maddi rifahı daha yüksək ola bilər. Ərazi olaraq daha yaxşı hava şəraiti ilə əhatə olunmuş, yol şəraiti daha yaxşı ola bilər. Həmçinin məskunlaşan insan sayı daha az ola bilər, bu şərtlər stressin, əsəbin daha az olmasına kömək edir. Əgər əsəb xəstəliyindən, stressdən əziyyət çəkiriksə, öncə bunun fərqində olmalıyıq, qəbullanıb səbəblərini araşdırmalıyıq”.
Psixoloq əlavə edib ki, zəmin yaradan şərtləri aradan qaldırılmalı, gündəlik həyatda kiçik dəyişikliklər edilməlidir:
“Müntəzəm olaraq açıq havada gəzmək, idman etmək, sağlam qidalanmaq, düzgün yuxuya sahib olmaq insana yaxşı təsir edir. Zaman-zaman dostlarımızla vaxt keçirmək, iş həyatından, gündəlik stressdən uzaqlaşmaq üçün fəaliyyətlərdən yararlanmaq, bəzən isə sadəcə sakit bir yerdə kofe içib özünü dinləmək, kitab oxumaq faydalı ola bilər. Əgər heç bir halda əsəb ilə baş edə bilmiriksə, professional dəstək almaq tövsiyə olunur”.
Leyla Turan
Demokrat.az