Elm və Təhsil Nazirliyi lisey və gimnaziyalara IV, V, VII siniflər üzrə qəbul imtahanlarını qəfil və əsaslandırılmamış şəkildə dayandırıb.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu cür qərarların icrası ilə bağlı şəffaflıq və əvvəlcədən məlumatlandırma çox vacibdir:

“Valideynlər və ümumilikdə ictimaiyyət belə dəyişikliklərə psixoloji və praktiki cəhətdən hazır olmalıdır. Ani və xəbərsiz qərarlar çaşqınlığa, narahatlığa və prosesin effektivliyinin azalmasına səbəb ola bilər. İctimaiyyətlə kommunikasiya daha güclü qurulmalı, müvafiq izahatlar və keçid dövrləri təmin olunmalıdır. Belə qərarların yalnız texniki və inzibati tərəfi deyil, həm də psixoloji və maddi təsirləri nəzərə alınmalıdır. Valideynlərin hazırlıqsız yaxalanması, həm emosional gərginliyə, həm də ailə büdcələrinə əlavə yükə səbəb ola bilər. Ona görə də bu cür addımlar atılmazdan öncə əhalinin vaxtında və dolğun məlumatlandırılması çox vacibdir. Bu, həm etimadı artırar, həm də qərarın tətbiqini daha yumşaq və anlaşılıqlı edər”.
Leyla Turan
Demokrat.az