Universitetlərə tələbə qəbulu üçün plan yerlərinin sayı AÇIQLANDI

SOSİAL 23 may 2025, 12:34
“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 60 489 plan yeri ayrılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb.

M.Abbaszadə əlavə edib ki, plan yerlərinin 28 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top