Dövlət Məşğulluq Agentliyi dünən daha bir tenderinin nəticəsini açıqlayıb.
Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, müsabiqə bir neçə rayonda texniki peşə məktəblərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınmasını əhatə edəcək.
Rəsmi məlumatda bildirilir ki, bu layihə Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərində həyata keçiriləcək. Bu məqsədlə “BİS CO” MMC ilə 1 milyon 172 min 589 manatlıq müqavilə bağlanılıb.
Araşdırma nəticəsində məlum olub ki, “BİS CO” MMC son iki ildə cəmi 5 tenderdə iştirak edib və qalib olub. Məsələnin maraqlı tərəfi odur ki, bu şirkət yalnız Dövlət Məşğulluq Agentliyinin tenderlərinə qatılıb və qalib olub. Başqa heç bir qurumun tenderində iştirak etməyib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Bis Co” MMC 10 sentyabr 2009-cu il tarxidə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Heydər Yusif oğludur.
Şirkətin əvvəlki qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub.
Bəlli olub ki, Fariz Hüseynli Heydər Hüseynovun oğludur. 2019-cu ildə şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Bununla MMC-nin qanuni təmsilçisi də dəyişib ki, bu da təsadüf deyil.
Yerli mediada tirajlanan araşdırmada “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilir. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib. “Bis Co” MMC ilə birgə iş gördüyünü deyən “Aqri Kon” MMC-nin qanuni təmsilçisi Elman Umudov da Fariz Hüseynlinin nazir müavini ilə qohum olduğunu təsdiqləyib.
Yeri gəlmişkən, 2019-cu ildə kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC-yə 19 225 246 manat vəsait ayrılıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.