
"Rusiya dördgünlük iş həftəsinə keçə bilər".
Oxu.Az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Dövlət Dumasının Əmək üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov bildirib.
Onun sözlərinə görə, belə bir keçid tədricən baş verəcək.
Nilov qeyd edib ki, çevik məşğulluq, distant iş, eləcə də yeni texnologiyalar və həllərin geniş tətbiqi sayəsində insanlar daha çox istirahət edə biləcəklər.
O əmindir ki, yeni iş formaları gələcəkdə ənənəvi iş qrafikini dəyişməyə imkan verəcək.