Yeni Roma Papası yaxın gələcəkdə bu ölkələrə səfər edəcək

DÜNYA 12 may 2025, 19:48
Yeni Papa XIV Leo  yaxın gələcəkdə Türkiyəyə və ya Peruya səfər edə bilər. 

Demokrat.az
xəbər verir ki, bu barədə TASS yazır.

O, VI Paul Auditoriumunda keçirilən görüşdə jurnalistlərin suallarını cavablandırıb. Papa ABŞ-a səfər etməyi planlaşdırmadığını deyib.

Papanın dünya mediasının nümayəndələri ilə görüşü bu gün Vatikanda  baş tutur. Orada pontifik hakimiyyəti dövründəki əsas planları və məqsədləri açıqlanib.  Bundan əlavə, XIV Leo jurnalistləri söz müharibəsinin populyarlaşmasına son qoymağa, fanatizm və nifrətə yer verməməyə çağırıb.

Əfsanə Kamal
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top