"Son nəticə mənə maraqlı deyil" — "Avroviziya-2025"in lüksemburqlu ifaçısı Laura (FOTOLAR/VİDEO)

DÜNYA 13 may 2025, 12:45
 Demokrat.az-ın İsveçrədəki xüsusi müxbiri Tural Abdulla "Avroviziya-2025"də Lüksemburqu təmsil edən ifaçı Laura Thorndan müsahibə alıb.

Qeyd edək ki, Lüksemburq 31 ildən sonra keçən il "Avroviziya"ya yenidən qatılıb.

Həmin müsahibəni təqdim edirik:

-Laura Thorn kimdir?

-Laura: O nəyisə istədiyini bilən və istədiyini qopara bilən biridir. O nəsə istədikdə özünü ona həsr edir və əlindən gələni edir ki, istədiyini əldə etsin. Bu həsr edilmə göstərir ki, mən nəyə görə buradayam.
Həyatımda həmişə qətiyyətli olmuşam və bu mənə çox kömək edib.

- Lüksemburq uzun illərdir ki, "Avroviziya"da iştirak etmirdi və sən artıq ikinci təmsilçisən ki, Lüksemburqu "Avroviziya"da təmsil edəcəksən. Bu necə bir hissdir?

-Bu çox inanılmazdır. Bu mənim üçün şərəfdir, çünki Lüksemburq mənim evimdir. Evimi (Lüksemburqu) mənim ehtirasım olan musiqi ilə təmsil etməyi bacarıram. Mənə görə bu çox mükəmməldir.

- Laura, bizə mahnın və səhnən haqqında danışa bilərsən?

-Mahnım gəlincik haqqındadır. “La poupée monte le son” mahnısının tərcüməsi "gəlincik mahnının səsini artırır" deməkdir. Və bu mahnı əslində başqa mahnıya istinaddır (1965-ci il Poupée De Cire, Poupée De Son), hansı ki, 60 il əvvəl France Gall qalib olmuşdu. Və bəli, biz bu gəlinciyin hekayəsini danışmaq istədik. Yəni 60 il əvvəl o həqiqi bir gəlincik idi və xaricdən idarə olunurdu. Hal-hazırda isə bizim mesajımız biz artıq nəzarət altında olmaq istəmirik. Mənim öz həyatım var və mən nəzarəti öz əlimə almaq və azad olmaq istəyirəm. Gəlincik səsinin olmasını istəyir. Mahnı buna işarədir. Bu mahnı performansla ahəngdir. Biz gəlincik kimi hərəkətə başlayırıq və siz onun gözlərindən bunu görə bilərsiniz: “Mən daha bunu etmək istəmirəm. Mən azad olmaq istəyirəm”.

-Bəs "Avroviziya"nı udmaq üçün təzyiq hiss edirsiniz?

-Əslində bunu hamı deyir, amma düzünü desəm mən qalib olmağa əhəmiyyət vermirəm, çünki mənə görə bunları görüb yaşamaq möhtəşəmdir. Qalib olub-olmamağım mənim bu təcrübəmə heç bir dəyişiklik gətirməyəcək. Mənim üçün önəmli olan bu böyük səhnədə olmağım və səhnədə komandam, rəqqaslarım, izləyicilər ilə əla vaxt keçirməyimdir.  Bircə istədiyim şey finala keçməyimdir. Bunu istəyirəm. Amma son nəticə mənə maraqlı deyil.

- Laura, son olaraq albom çıxartmağa hazırlaşırsan?

- Biz artıq mahnılar üzərində işləyirik. "Avroviziya"dan sonra baş tuta bilər.

-Təşəkkürlər və uğurlar.

- Təşəkkürlər.



 
 

Tural Abdulla
Basel, İsveçrə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top