Londonda Baş nazirin evini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

DÜNYA 13 may 2025, 11:34
London polisi Britaniya Baş naziri Kir Starmerə məxsus evdə yanğın törətməkdə şübhəli bilinən 21 yaşlı şəxsi saxlayıb.
 
“Report” xəbər verir ki, bu barədə Britaniya KİV-ləri London polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
Hazırda Starmerin evində yanğın baş verməsi barədə məlumatlardan sonra araşdırma aparılır.
 
Qeyd edək ki, mayın 12-də Starmerin evində yanğın baş verib. “Times” qəzetinin məlumatına görə, yanğın nəticəsində binanın giriş qapısı zədələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top