“Sosial şəbəkələr müasir dünyanın reallıqlarından biridir. İnkar edilməsi və görülməzlikdən gəlinməsi mümkün deyil. Dünyanın bəzi ölkələrində sosial şəbəkələrə girişlərə qadağa qoyulsa da, müasir texnologiyalar (VPN və.s) ilə bütün bunların öhdəsindən gəlmək olur. Ona görə də sosial şəbəkələri Azərbaycan reallığı kimi qəbul etməliyik”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, istənilən yeniliyin neqativ tərəfləri də olur:
“Biz daha çox neqativ tərəflərinin gündəmə gəlməsinin şahidi oluruq. Dövlətin informasiya siyasətinin sosial şəbəkələr üzərindən aparılması, biznes fəaliyyətinin daha da əlçatan olması, reklamın sadələşməsi, sadə istehsalçının birbaşa müştəriyə çıxışının təmin olunması və.s kimi bir çox müsbət tərəflər var. Eyni zamanda sosial şəbəkələrin insan alveri, silah alveri, narkotik vasitələrin təbliği, cinayətkar qrupların təşkilatlanması və.s kimi ciddi mənfi tərəfləri də var. Ancaq atalar sözündə deyildiyi kimi, “Bir güvəyə görə yorğan yandırmazlar”. Odur ki, sosial şəbəkələrə nəzarət mexanizmləri artırılmalıdır. İki istiqamətdə işlər getməlidir. Qanunvericilik çərçivəsində virtual aləmə nəzarət bazası yaradılmalıdır. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübələri götürülə bilər. İkinci istiqamət isə texnoloji nəzarətdir. Müxtəlif filtrizasiyalardan istifadə etməli və ya həmin şirkət sahibləri ilə dövlətlər arasında təhlükəsizlik razılaşmaları inkişaf etdirilməlidir. Belə olan halda sosial şəbəkələrdən öz pis niyyətləri üçün istifadə etmək istəyənlərin fəaliyyətinin qarşısı alınacaq. Bir neçə nəfər narkotiki və insan alverini təbliğ edib deyə sosial şəbəkələrə qadağa gətirmək olmaz. Belə olan halda biz ibtidai icma quruluşuna qayıtmış olarıq ki, bu, indi mümkün deyil. Sosial şəbəkələr iqtisadiyyatın, siyasətin, mədəniyyətin tərkib hissəsinə çevrilib. Qanunvericilikdə və texnoloji baxımdan nəzarət gücləndirilməlidir”.
Əfsanə Kamal
Demokrat.az