"Fransa bu gün nə geosiyasi, nə mənəvi, nə də intellektual baxımdan keçmiş imperiya gücünü qoruyur. Əlcəzairə casus göndərməsi sadəcə kəşfiyyat fəaliyyəti deyil, siyasi eqonun və postkolonial sindromun açıq təzahürüdür.Öz daxilində böhran içində olan bir ölkənin başqa dövlətin suverenliyinə müdaxilə etməsi həm acizlikdir, həm də təxribat. Makron hakimiyyəti daxildə uğursuzluqları ört-basdır etmək üçün xarici düşmən obrazı axtarır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Fransa bu gün Afrikanın hər tərəfində ayağının altındakı torpağı itirir və psixoloji çöküş içindədir:
"Əlcəzair kimi bir xalqın azadlıq uğrunda keçirdiyi mübarizəni anlamamaq yalnız imperial təkəbbürlə izah oluna bilər. Paris bu gün keçmişin xəyalları ilə yaşamağa davam edir və gələcəyini məhv edir.
Fransanın Afrikadakı siyasəti istismar, irqçilik və riyakarlıq üzərində qurulmuş bir modelin son çırpınışlarıdır.
Casusluq Parisin nə qədər sivilizasiyadan uzaq və beynəlxalq hüquqdan bixəbər olduğunu göstərdi. Fransa həm NATO-da, həm də Aİ-də marjinal gücə çevrilib və bunu özünə etiraf edə bilmir".
Politoloqun sözlərinə görə, Əlcəzair bu gün Fransa üçün nə enerji bazasıdır, nə də oyun meydanı:
"Müstəqilliyin və suverenliyin qiymətini bilən bir dövlət üçün casusluq açıq təhdiddir və cəzasız qala bilməz. Makron hakimiyyəti xarici siyasətdə viziyasız, daxildə isə qeyri-legitim qərarlarla tanınır.
Fransa Afrikadakı nüfuzunu itirdikcə daha primitiv üsullara əl atır. Əlcəzair casusluq faktını ifşa etməklə sadəcə özünü deyil, bütün Afrika ölkələrini xəbərdar etdi.Bu cəhd bir daha sübut etdi ki, Fransa keçmişi ilə üzləşmək istəmir və nəhayətində tarixin səhifəsində ilişib qalır. Afrikada Rusiya və Çin kimi oyunçuların artan təsiri Fransanı isterik davranmağa məcbur edir.Paris bu gün strateji tərəfdaşlıq axtarmaq əvəzinə hələ də kolonial nəzarət modelini diriltməyə çalışır. Əlcəzairin reaksiyası nəinki siyasi, həm də mənəvi üstünlüyün nümayişidir. Fransa dəyişmək istəmədikcə, dünya da ona yeni yer göstərməkdə davam edəcək. Bu ölkə ya ədalətli oyun qaydalarını öyrənəcək, ya da qlobal səhnədən yavaş-yavaş silinəcək".
Əfsanə Kamal
Demokrat.az