
ABŞ-nin Virciniya ştatının sakini Karletta Endryus Meksika restoranında sifariş etdiyi kokteyldə ilan balası aşkar edib.
Oxu.Az "People"a istinadən xəbər verir ki, hadisə Virciniyanın Sendston şəhərində yerləşən "Patron Mexican Restaurant and Cantina" adlı məkanda baş verib.
Endryusun sözlərinə görə, ilan hərəkət edib və hətta içki qabındakı saman çöpünün ətrafına dolanıb.
Restoran işçiləri sürünəni çubuqla çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Obyektin rəhbərliyi Endryusa başqa masaya keçməyi təklif etsə də, qadın qorxduğuna görə restoranı tərk edib.