Ərdoğan Türkiyə üçün mövcudluq məsələsinə çevrilən problemi açıqlayıb

REGİON 28 aprel 2025, 22:46
"Türkiyə əhalinin artım tempi baxımından kritik nöqtəyə çatıb".

Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamalarda deyib.

O vurğulayıb ki, əhalinin sayı məsələsi getdikcə millətin mövcudluq probleminə çevrilir:

"Ölkəmizdə 1.51 səviyyəsinə düşən doğum nisbəti üzləşdiyimiz təhdid və təhlükəni aydın şəkildə nümayiş etdirir. Heç bir hökumət buna biganə qala bilməz, bu təhlükəyə göz yuma bilməz.

Əgər indidən lazımi tədbirləri görməsək və yanlış praktikalar ilə qətiyyətlə mübarizə aparmasaq, sabah labüd olaraq daha böyük problemlərlə üzləşəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top