İrandakı partlayışda yaralananların sayı 500-ü keçib

REGİON 26 aprel 2025, 18:34
İranın ölkənin cənubundakı Bəndər-Abbas limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə çatıb. 

Demokrat.az xəbər verir ki, bu barədə İranın təcili yardım xidmətinin nümayəndəsi Babok Yektapərəst məlumat verib.

Yektapərəst bundan əvvəl rayondakı bütün əməliyyat, tibbi və yardımçı bölmələrin tam gücü ilə işlədiyini bildirib.

İran Milli Neft Şirkətinin mətbuat xidməti hadisənin heç bir şəkildə neft infrastrukturu ilə bağlı olmadığını bildirib. Neft emalı zavodları və boru kəmərləri normal işləyir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top