Gülcan Kosaoğlu xərçənglə mübarizə aparan uşaqlar üçün səhnəyə çıxdı — FOTOLAR

REGİON 25 aprel 2025, 22:14

Sosial məsuliyyət layihələri ilə tanınan Gülcan Kosaoğlu bu dəfə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün səhnəyə çıxıb.

Yenicag.az xəbər verir ki, “İstanbul Portex”də təşkil olunan və musiqi, dostluq, həmrəylik ab-havasında keçən gecəyə iş, incəsənət və media dünyasından bir çox tanınmış sima qatılıb.

Gülcan Kosaoğlu üç saata yaxın səhnədə çıxış edərək izləyicilərə duyğulu anlar yaşadıb.

Gecəyə sənətçinin həyat yoldaşı, “DenDen Yatch” şirkətinin rəhbəri Tamər Kosaoğlu da dəstək verib. Bədii rəhbərlik isə İstanbul Dövlət Operasının sənətçisi Özləm Abacıya həvalə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top