Bilal Ərdoğandan “Prezident olmaq istəyirsinizmi?” sualına cavab

REGİON 22 aprel 2025, 11:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan prezident olmaq istəmədiyini və iş vaxtının çox hissəsini təhsil və mədəniyyət layihələrinə həsr etdiyini bildirib.

Demokrat.az  xəbər verir ki, o bu barədə TASS-a müsahibəsində qeyd edib.

Jurnalistin “Nə vaxtsa Türkiyə prezidenti olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bununla bağlı hansısa siyasi ambisiyalarınız varmı?” sualına Bilal Ərdoğan: “Heç bir siyasi ambisiyam yoxdur. Məndən bu barədə tez-tez soruşurlar, amma mən istərdim ki, qeyri-hökumət sektorunda qalım, vətəndaş cəmiyyəti ilə işləyim”, - deyə cavab verib.  

Bilal Ərdoğanın sözlərinə görə, o, vaxtının çox hissəsini təhsil layihələrinə - məktəblərə, universitetlərə, təqaüd proqramlarına, akademik mükafatlara həsr edir.

“Mən ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm ki, onlar öz arzularını həyata keçirə bilsinlər. Mən həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması və yeni nəsillərə ötürülməsi üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istərdim”, - deyə Bilal Ərdoğan yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top