“Deyirdi ki, mən məktəbdə oxuyanda sən yox idin”

ŞOU-BİZNES 29 aprel 2025, 00:26
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı necə tanış olduqlarını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Röyal qeyd edib ki, onun restoranda işlədiyi zamanlar T. Əliyeva xınayaxdı mərasimləri keçirirmiş:
“Saatlarla söhbət edirdik, Tünüşün İrəvan Teatrı ilə gəzdikləri bölgələrdə başına gələn hadisələr heç bitmirdi, gülməli əhvalatları danışırdı ikimizdə çox gülürdük!

Gecənin bir yarısına kimi belə dəvam edirdi söhbətimiz, məndən tez-tez uşaqlığım barədə danışmağımı istəyirdi, çox maraqlı idi ona mənim uşaqlığım. Mənim də uşaqlığım orta məktəbim və əsgərlik illərim heç yadımda qalmamışdı. Çünki yaddaşım çox zəif idi. Ağlımda qalanları danışırdım, “mən məktəbdə oxuyanda sən dünyada yox idin” deyib gülürdü.

Mən TV-yə çox baxan biri deyildim, futbol olanda ara-bir baxırdım. Mən restoranda işləyəndə Tünüş xına mərasimləri edirdi, mənə deyirdilər ki, Toppuş bacını tanıyırsan? Mənsə “yox, tanımıram” deyirdim. Hətta bir dəfə sözümüz tərs gəlmişdi. Məndən stul istəmişdi, mən də işim var özünüz götürün demişdim.

Nə bilərdim ki, gələcək həyat yoldaşım, Zəhramın anası mənim ən dəyərlim olacaq! İndi düşünürəm ki, gələcəkdə ömür-gün payım olacaq insan 2 il gözümün önündə olub! Bax, belə nağılda olduğu kimi, biri var, biri yox. Mən də yox olana qədər səbr edəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top