Pezeşkianla Eldar Əzizov arasında maraqlı dialoq —"Bakıda nə qədər əhali yaşayır?" (VİDEO)

GÜNDƏM 28 aprel 2025, 22:37
İran Prezidenti Pezeşkian Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edib. Ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bu zaman İran prezidenti ilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla maraqlı dialoq olub. Pezeşkian Bakıda yaşayan əhalinin sayı ilə maraqlanb. E.Əzizov şəhərdə 3,5 milyon adamın yaşadığını deyib.

Bu rəqəmə təəccüblənən Pezeşkian Azərbaycan əhalisinin sayını soruşub. “10 milyon” cavabından sonra İran prezidenti “əhalinin yarısı Bakıda yaşayır” deyə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top