Kardinallar bölündü: Papanın seçilməsi üçün ilkin görüşlər başlayır

DÜNYA 28 aprel 2025, 21:30
Katolik dünyasının kardinalları ilk dəfə bu gün Papa Fransiskin dəfn mərasimindən sonra toplaşıblar.

Demokrat.az xəbər verir ki, danışıqlar zamanı konklavın başlama tarixi, yeni papanın seçiləcəyi görüş müzakirə olunub.

Qərarın günorta saatlarında elan oluna biləcəyi bildirilir, lakin səsvermənin mayın 6-dan əvvəl başlaması gözlənilmir. Konklavların keçirildiyi 16-cı əsrə aid Sikstin kapellası da bazar ertəsi turistlər üçün bağlı olub və hazırlıqlara başlanılıb.

İsveçli kardinal Anders Arborelius bildirib ki, bu dəfə proses daha uzun çəkə bilər.

Papa Fransisk sağikən Myanma, Haiti və Ruanda kimi əvvəllər heç vaxt kardinalı olmayan ölkələrdən nümayəndələrin seçilməsini prioritet hesab edib.

Əfsanə Kamal
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top