İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem ABŞ Futbolunun Şöhrət Zalına daxil ediləcək.
Demokrat.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. İngiltərə millisinin sabiq futbolçusu 2027-ci ildə Şöhrət Zalına qəbul olunacaq.
Mərasim gələn il aprelin 16-da Texas ştatının Dallas şəhərindəki "Toyota" stadionunda keçiriləcək.
Qeyd edək ki, Bekhem 2007-2012-ci illərdə "Los-Anceles Qelaksi"də çıxış edib.
Bu müddətdə iki dəfə icarə əsasında "Milan"ın formasını geyinən keçmiş yarımmüdafiəçi Kaliforniya təmsilçisi ilə iki dəfə MLS çempionu olub, eyni sayda müntəzəm mövsümün qalibi adını qazanıb.
Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osianer, Culi Bet Erts və Meqan Rapino da 2027-ci ildə Şöhrət Zalına daxil ediləcəklər.


