Pakistanın müdafiə naziri: “Hindistanın işğalı qaçılmazdır”

DÜNYA 28 aprel 2025, 21:58
Hindistan ordusunun Pakistana müdaxiləsi qaçılmazdır.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif"Röyters" agentliyinə bildirib.

 O bildirib ki, qüvvələrimizi gücləndirmişik, belə bir vəziyyətdə strateji qərarlar qəbul etmək lazımdır.

Bir gün əvvəl Asif Kəşmirdəki terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib. Asif əlavə edib ki, istintaq Pakistanın insidentdə iştirakına dair sübutlar təqdim etməlidir. Onun sözlərinə görə, hazırda ölkəyə qarşı irəli sürülən ittihamlar boş ifadələrdir.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində  turistlərə silahlılar pulemyotlardan atəş açıb.

"Hindustan Times" isə xəbər verir ki, Hindistan kəşfiyyatı Pakistanın hücumda iştirakına dair sübutlar əldə edib.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top