Madrid meri Xose Luis Martinez Almeyda elektrik enerjisinin kəsilməsi nəticəsində yaranan fövqəladə vəziyyətin aradan qaldırılması üçün hərbçilərin şəhərə göndərilməsini xahiş edib.
Demokrat.az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti yazır.
Nəşrin məlumatına görə, elektrik enerjisi bərpa olunmasa, vəziyyət daha da pisləşə bilər.
Xəbərdə deyilir ki, merə yaxın mənbələrin bildirdiyinə görə, o, bölgə rəhbəri İzabel Diaz Ayusonun Madridə ordu yeritmək xahişinə qoşulub.
İspaniya hökuməti ölkə daxilində geniş yayılmış elektrik kəsintiləri fonunda "Red Ectrica"nın baş qərargahında toplaşan antiböhran komitəsi yaradıb.
Əfsanə Kamal
Demokrat.az